Bağdadda kamikadzelər məscidi partlatdı

Bağdadda kamikadzelərin şiə məscidində törətdiyi iki partlayış nəticəsində azı 15 nəfər ölüb.

Virtualaz.org qazeta.ru-ya istinadən bildirir ki, əvvəlcə kamikadzelərdən biri məscidə daxil olaraq üzərindəki partlayıcı qurğunu işə salıb. Partlayışdan sonra hadisə yerinə xeyli insan toplaşıb və bu zaman ikinci kamikadze partlayıcı qurğunu işə salıb.

Polis və həkimlər İraq paytaxtının Al-Şula rayonunda baş verən hadisə nəticəsində 50-dək adamın yaralandığını da bildiriblər.

Hələlik heç bir qruplaşma terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00