Di Kaprioya qeyri-adi dəstək

İngiltərənin paytaxtı Londonun Lester meydanında yerləşən "Odean" adlı bir kinoteatr adını müvəqqəti  "Leodeon" olaraq dəyişib. Axar.az bildirir ki, kinoteatr bu addımı "Oskar" mükafatı mərasimində məşhur Hollivud aktyoru Leonardo Di Kaprioya dəstəyini ifadə etmək üçün atıb.

Di Kaprio pərəstişkarları fevralın 28-i, Oskar mükafat mərasiminin keçiriləcəyi gün "Leodeon" kinoteatrının qarşısına toplaşmağı və ehtimal olunan qələbəni orada qeyd etməyi planlaşdırır.

Xatırladaq ki, 40 yaşına girənə qədər 23 illik kino karyerası boyu 32 filmə çəkilən aktyor indiyə qədər dörd dəfə "Oskar"a namizəd olub. Di Kaprio bu il "Diriliş" filmindəki rolu ilə "ən yaxşı aktyor" nominasiyası üzrə beşinci dəfə "Oskar"a namizəddir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00