Məryəm və Muradın serialı bağlanır
25 Fevral 2016 20:04 DünyaMövsümə böyük ümidlərlə başlayan, ancaq reytinqlərdə iflasa uğrayan, baş rollarında Məryəm Uzerli və Murad Yıldırımın çəkildiyi "Gecenin kraliçesi"nın bağlanacağı deyilir. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, serialın gözlənilən uğuru əldə etməməsi həm telekanal rəhbərliyini, həm də layihənin rəhbəri olan türk-ərəb şirkətini bu barədə düşünməyə vadar edib. Bir neçə gün əvvəl Məryəm bu serialın onun üçün səhv qərar olduğunu demişdi. Bugünlərdə serialın digər qəhrəmanlarından olan Uğur Polat jurnalistlərlə qarşılaşıb. O, serial barədə sualları cavablandırmadan uzaqlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00