Kənan və Sinemin toyuna milyonluq təkliflər
25 Fevral 2016 19:57 DünyaAktyor Kənan İmirzalıoğlu və aktrisa Sinem Kobalın mayın 21-də edəcəkləri toy üçün sponsorlar arasında mübarizə başlayıb. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, mayın 19-dan 22-dək dostlarıyla birgə Cunda adasında əylənməyi planlaşdıran cütlük indidən 3 oteli bağlayıb. Toya sponsor olmaq üçün bütün firma və şirkətlər təkliflər göndərib. İlin əsas toyunda adının keçməsini istəyən yemək, içki, yaxta, təşkilatçılıq firmaları bir-birindən cəlbedici təkliflərini irəli sürüblər. Onlar arasında milyon dolları keçən təkliflər olduğu deyilir. Lakin Kənan gələn bütün əməkdaşlıqları rədd edərək toyunda sponsor adının keçməsini istəmədiyini deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00