İnanılmaz: pişik tələbə oldu

Pişik ən sevimli ev heyvanlarından biridir. Üstəlik, itlərdən fərqli olaraq, pişiklər öz qayğılarına qala bilir. Liseylərdə isə tələbələrin dərsə pişiklə gəlməsi yasaqdır. Milli.Az ABC-yə istinadən bildirir ki, ABŞ-ın Kaliforniya ştatındakı San-Xose şəhərində yerləşən Liland liseyində isə tələbələr və müəllimlər buradakı pişiyi çox sevirlər. Bubba adlı pişik rəsmi olaraq tələbə statusu alıb. San-Xose sakini Ember Mariental Bubbanı 2009-cu ildə evində saxlamağa başlamışdı. Az sonra isə Ember pişiyin yaxınlıqdakı liseyin həyətində gəzməyi sevdiyini anlayıb. Lisey tələbələri pişiyi o qədər seviblər ki, Bubanı "tələbə" ediblər. Digər tələbələr kimi, Bubba da hər səhər liseyə yollanır, günorta saatlarında isə evə qayıdır. Bubba rəsmi olaraq tələbə statusuna malik yeganə pişikdir.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00