Kerri Moskvanı seçim qarşısında qoydu
25 Fevral 2016 18:25 DünyaABŞ dövlət katibi Con Kerri Ukraynanın şərqində vəziyyətin gərginləşməsi ilə əlaqədar Rusiyaya xəbərdarlıq edib. Publika.az xarici mediaya istinadən xəbər verir ki, Kerri Rusiyadan sanksiyaların saxlanılması və Minsk razılaşmaları çərçivəsində üzərinə götürdüyü öhdəliklərin icrası arasında dəqiq seçim etməyi tələb edib. Onun sözlərinə görə, ATƏT-in məlumatları göstərir ki, Rusiyanın nəzarətində olan separatçılar Minsk razılaşmalarına uyğun olaraq üzərinə götürdüyü öhdəliklərə riayət etmirlər. Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətində Donbas hövzəsindəki separatçıların Minsk razılaşmalarını yerinə yetirməli olduğunu deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00