Bolqarıstan parlamentindən mühüm qərar
25 Fevral 2016 18:20 DünyaBolqarıstan parlamenti Türkiyə sərhədinə əsgər göndərilməsi üçün Silahlı Qüvvələr və Müdafiə Qanununda dəyişiklik edib. Axar.az bildirir ki, yeni qaydalara əsasən, Türkiyə sərhədinə hərbi personalın cəlb edilməsi mümkün olacaq. Ayrıca, sərhəd xidmətinə Türkiyə ilə 269 kilometrlik quru sərhədində nəzarəti gücləndirmək üçün ordudan dəstək veriləcək.
Xatırladaq ki, ötən ilin sentyabrında bolqar hökuməti Türkiyə sərhədinə minə yaxın hərbçi göndəriləcəyini açıqlamışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00