Rusiya silahlı dəstə yaratmaqda təqsirləndirilən azərbaycanlını İnterpol xətti ilə axtarışa verib
25 Fevral 2016 18:12 DünyaRusiya hüquq-mühafizə orqanları Azərbaycan vətəndaşı barəsində beynəlxalq axtarış elan edib. APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 1992-ci ildə İmişli rayonunun Soltanmuradlı kəndində doğulmuş Vüsal Bədəlov qanunsuz silahlı dəstənin yaradılmasında iştirakda təqsirləndirilir. V. Bədəlov Rusiyanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00