Türk təyyarəsi məcburi eniş etdi
25 Fevral 2016 16:25 Dünyaİstanbuldan Şimali Kipr Türk Respublikasına doğru hərəkət edən Türk Hava Yollarına məxsus sərnişin təyyarəsi geri dönmək məcburiyyətində qalıb. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, "Airbus 321" TK-960 səfər sayılı təyyarə mühərrikinə quş girməsi sədəbindən geri dönüb. Səhər saat 7-də İstanbul Hava Limanından qalxan təyyarı 7:45-də geri dönməli olub. Təyyarədə olan 168 sərnişin isə 8:55-də başqa bir təyyarə ilə Ercan Hava Limanına yola salınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00