ABŞ internetdə İŞİD-lə mübarizəni gücləndirir

ABŞ hökuməti internet məkanında İŞİD-ə qarşı mübarizəni gücləndirir və bu işdə iri İT şirkətlərindən, sosial şəbəkələrdən dəstək istəyib. İKT.lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, ABŞ Ədliyyə Nazirliyində "Apple", Twitter", "Snapchat", "Facebook", MTV, "Buzzfeed" və digər şirkətlərin - ümumilikdə 50 qurumun rəhbərləri ilə görüş keçirilib. Görüşə Dövlət Departamentinin, Milli Təhlükəsizlik Şurasının və digər dövlət strukturlarının təmsilçiləri də qatılıb. Terrorçuluğa qarşı Milli Mərkəzin koordinatoru Nikolas Rasmussen sosial şəbəkələrdə İŞİD-ə qarşı görülən tədbirlərdən danışıb. İŞİD-in informasiyaları yaymaq üçün istifadə etdiyi əsas metodlar haqda məlumat verilib və terror təbliğatının qarşısını almaq planlarından bəhs edilib.
Qeyd edək ki, İŞİD "Facebook" və "Twitter"in rəhbərləri Mark Zukerberq və Cek Dorsini ölümlə hədələyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00