Rusiya və Türkiyə orduları üz-üzə duranda...

Çox vaxt hər iki tərəfdə həmin ordulara türklər rəhbərlik edirdi

Amerika ilə Rusiya öz aralarında müəyyən anlaşma əldə edərkən yenə də Moskvadan və Ankaradan bir-biri haqda sərt tənqidlər və hədələr səsləndirilir. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən millət vəkili Sahib Alıyev bildirib ki, Rusiya ilə Türkiyə arasında yaranan gərginlik son dərəcə üzücüdür: "Təkcə ona görə yox ki, belə bir durum heç də Azərbaycanın maraqlarına cavab vermir. Həm də ona görə ki, bir az keçmişə və dərinə varılsa görəcəyik ki, bir-birini hədələyən, əzələ göstərənlər eyni kökdən olanlardır. Elə indi Rusiyanın baş hərbçisininin özü Sergey Şoyqu da türk deyilmi? Necə ki, Suvorov, Kutuzovi, Uşakov türk idi. Və nə yazıqlar ki, tarixdə Rusiya və Türkiyə orduları üz-üzə duranda çox vaxt hər iki tərəfdə həmin ordulara türklər rəhbərlik edirdi. Bir az sevindirci, ondan yüz qat kədərləndiricisi isə budur ki, türk türk üzərində zəfər çalırdı. Bir sözlə, rus-türk qarşıdurmaları qarışıq orta əsrlərdən üzü bəri bu coğrafiyada baş verən əksər savaşaların ən azından öndə gedən sərkərdələri türklər olublar. Türk türkü yenib, türk türkün qanını töküb. Bəs deyilmi?".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00