Rostov vilayətində quduzluq yayılıb

Rusiyanın Rostov vilayətinin Volqodonsk rayonunda canavar yerli sakinlərə hücum edib. "OLAYLAR"-ın xəbərinə görə, hücum nəticəsində bir kişi və bir qadın yaralanıb. Yaralılar təcili olaraq xəstəxanaya yerləşdiriliblər. Qurd yerli sakinlər tərəfindən zərərsizləşdirilib. Olay yerinə gələn baytar öldürülən heyvanın quduz olduğunu müəyyən edib. Xəbərə görə bu son bir neçə gündə vilayətdə müəyyən edilən beşinci quduzluq hadisəsidir. Bu olaydan əvvəl quduzluq halları bəzi ev heyvanlarında da müşahidə edilib. Hazırda rayon baytarlıq xidməti ev heyvanlarının peyvəndinə başlayıb. Bəzi bölgələrdə karantin elan edilməsi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00