Suriyada çoxlu rus generalı öldürüldü VIDEO
25 Fevral 2016 15:10 DünyaSuriyada Əhrar əş-Şam və Bəyan Hərəkatı qruplaşmasının törətdiyi partlayış nəticəsində çoxlu sayda Rusiya generalı ölüb. Azvision.az-a istinadən bildirir ki, bu barədə məlumat qruplaşmanın rəsmi səhifəsində yer alıb. Bildirilib ki, iki həftə davam edən hazırlıqdan sonra bomba yüklü avtomobil Rusiya generallarının müşavirə keçirdiyi ərazidə partladılıb. Nəticədə Suriyanın Latakiya vilayətinin Sonovber Cible bölgəsində keçirilən müşavirədə iştirak edən generalların hamısı həlak olub. Partlayış zamanı xeyli sayda yaralının olduğu bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00