Ərdoğan güc strukturlarının rəhbərləri ilə görüşür
25 Fevral 2016 14:44 DünyaTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə vəziyyəti və PKK terror təşkilatının fəallığını müzakirə etmək üçün bu gün Milli Kəşfiyyat Xidmətinin rəhbəri Hakan Fidan ilə görüşəcək. "Haberler" xəbər verir ki, Ərdoğan, həmçinin baş nazir Əhməd Davudoğlu və Türkiyə HQ Baş Qərərgahının rəhbəri Hulusi Akar ilə də görüşəcək. Son aylarda Türkiyənin cənubi-şərqində PKK yaraqlılarının hərbi hissələrə və polis bölmələrinə hücumlarının sayı artıb. 2015-ci ildə PKK ilə toqquşmalar nəticəsində Türkiyədə 200-dən çox hərbçi həlak olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00