ABŞ Suriyaya 30 min hərbçi göndərmək istəyir
25 Fevral 2016 13:39 DünyaABŞ-ın dövlət katibi Con Kerri Suriyanın şimalında təhlükəsizlik zolağının yaradılması üçün 15-30 min arasında hərbi qulluqçuya ehtiyac olduğunu deyib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Kerri bu barədə Senat qarşısında çıxışı zamanı deyib. "Təhlükəsizlik zolağı yaratmaq üçün 15-30 min arasında hərbçiyə ehtiyacımız var. Biz buna getməyə hazırıq?"
Vaşinqton Suriyada atəşkəsin pozulmasına qarşı "Plan B" hazırlayıb. Bu plan atəşkəsə əməl olunmayacağı halda Suriyada yerüstü əməliyyatı nəzərdə tutur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00