“Hizbullah” Səudiyyə Ərəbistanında terror aksiyaları hazırlayır

Londonda nəşr edilən "Əl Şar Əl-Ausat" qəzeti iddia edib ki, "Hizbullah" Səudiyyə Ərəbistanında terror aksiyaları hazırlayır. "OLAYLAR"-ın xəbərinə görə, qəzet Livanda fəaliyyət göstərən "Hizbullah" təşkilatının Yəməndə vuruşan husilərə terror aksiyaları təlimi keçir. Təlim mərkəzinə isə "Hizbullah" lidrlərindən olan Əbu -Salah rəhbərlik edir. Qəzetin yazdığına görə, husilər "Hizbullah" rəhbərliyi altında Səudiyyə Ərəbistanının ərazisində terror aksiyaları keçirməyə hazırlaşırlar. Terroristlərin əsas hədəfi isə Krallığın rəhbərliyidir. Səudiyyə Ərəbistanı Livan hökümətinə olay ilə əlaqədar sərt bir şəkildə nota verib. Ər Riyad Livan hökümətindən "Hizbullah" təşkilatının terror fəaliyyətlərini dayandırmaları üçün təsir etməsini istəyib. Bu ölkə "Hizbullah"ın fəaliyyətləri səbəbi ilə Livana göstərdiyi 3 milyard dollarlıq hərbi yardımı da dayandırdığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00