Fransada qədim müsəlman qəbirləri aşkar edildi
25 Fevral 2016 12:54 DünyaAntropoloqlar Fransada orta əsrlərə aid müsəlman qəbirləri aşkarlayıblar. "Lenta.ru"nun verdiyi xəbərə görə, antropoloqlar Fransanın cənubundakı Nim şəhərində aşkar edilmiş, VIII əsrə aid olan 3 qəbirlə bağlı araşdırma aparıblar. Alimlər dəfnetmə praktikasını, genetik analizi araşdırıb, habelə dəfn edilənlərin cinsiyyətini və yaşını müəyyənləşdiriblər. Məlum olub ki, bütün şəxslər müsəlman adətləri əsasında dəfn edilib. Genetik analiz isə onların Şimali Afrikadan gəldiyini təsdiqləyir. Radiokarbon texnikasının (radiocarbon dating) köməyi il qəbirlərin VII-IX əsrlərə aid olduğu müəyyənləşib. Alimlər hesab edirlər ki, onlar Əməvilər sülaləsinə mənsub bərbərlər olublar.
Qeyd edək ki, hazırkı tapıntı ərəblərin Qərbi Avropada mövcudluğuna dəlalət edən ilk sübutlardan biridir.