Aktrisa 18 kilo arıqlamağının sirrini verdi

Xəbər verdiyimiz kimi, "Paramparça" serialından Nurgül Yeşilçay ayrıldıqdan sonra heyətə daxil olan Şükran Ovalı "psixoloq Ayşə" obrazı ilə izləyicilərin qarşısına çıxıb.

Milli.Az bildirir ki, aktrisa cazibədar görünməsinin sirrini "Bugün" qəzetində açıqlayıb. O, 8 il əvvəl kök olduğunu deyib. Şükran sonra boks ilə məşğul olaraq 18 kilo arıqladığını bildirib. O qeyd edib ki, yeməkləri çox sevir və çox yeyir. Sadəcə olaraq idmanla davamlı olaraq məşğul olduğuna görə formasını qoruyub saxlayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00