Dünya milyarderlərinin paytaxtı seçildi

Çinin paytaxtı Pekin dünya milyarderlərinin paytaxtı olub. Axar.az  bildirir ki, bu barədə informasiya "Hurun" təşkilatının hesabatında yer alıb. Hesabata əsasən, Pekində keçən il milyarderlərin sayı 95-dən 100-ə qalxıb. Təşkilat həmçinin dünyada ən çox milyarderi olan ölkələr siyahısına Çin, ABŞ və Hindistanın rəhbərlik etdiyini bildirib.

Qeyd edək ki, hazırda dünyada sərvəti 1 milyard dolları aşan 2188 insan yaşayır. Onlardan 47-sinin yaşı 40-dan aşağıdır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00