Suriyada çox sayda rus generalı öldürüldü
25 Fevral 2016 06:38 DünyaSuriyanın Latakiya şəhərində çox sayda rus generalı öldürülüb. ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər verib.Suriyada "Əhrar əş-Şam" qruplaşmasının Latakiya şəhərində təşkil etdiyi hücum nəticəsində xeyli sayda rus generalın öldüyü iddia olunur. "Əhrar əş-Şam" qruplaşması Latakiya şəhəri yaxınlığında Sonovber Cibli bölgəsində avtomobilə bomba qoyaraq rus hərbçilərin yerləşdiyi ərazidə partlatdıb.Suriyanın şimal-qərbində yerləşən Latakiya şəhəri Rus qüvvələrinin ən çox olduğu ərazi sayılır.Təşkilatın internet saytında onların buna iki həftə hazırlıq keçdiyi qeyd olunur. "Əhrar əş-Şam" qruplaşması qabaqcadan planlaşdırdığı bomba yüklü avtomobili Latakiya şəhərindən 15 kilometr məsafədə yerləşən Rusiya hərbçilərinin ən əhəmiyyətli hərbi mərkəzlərdən biri olan Sonovber Cibli bölgəsinə salıb.Partlayış rus generallarının olduğu önəmli yığıncaq zamanı baş verdiyindən hadisə zamanı çox sayda rus generalın öldüyü və yaralandığı iddia edilir. Suriyanın şimal-qərbində yerləşən Latakiya şəhəri Rusiya qüvvələrinin ən çox olduğu ərazi sayılır. Bəşər Əsəd rejimi Rusiyadan aldığı dəstəklə keçən 2 ay içərisində bölgədə xeyli irəliləmə əldə etmişdi. Rusiya və Suriya tərəfi hücumla bağlı hələlik heç bir məlumat yaymayıb.Qeyd edək ki, Rusiyanın Suriyada ən strateji nöqtəsi "Hmeymim" aviabazası da Latakiya əyalətində yerləşir. Aviabaza bir neçə dəfə müxalif "Əhrar əş-Şam" qruplaşması tərəfindən atəşə tutulub.İŞİD və Suriyadakı digər müxalif qrupların hərbi obyektlərinə zərbələr endirən rus təyyarələri "Hmeymim" aerodromundan havaya qalxır. Rus ordusunun ən son model bombardmançı təyyarəsi Su-34, həmçinin modernləşdirilmiş Su-24M bombardmançısı, Su-25 qırıcısı və digər hərbi texnikası bu bazada qərarlaşıb.