Səudiyyə Ərəbistanı neft hasilatını dayandırmayacaq
25 Fevral 2016 06:37 DünyaSəudiyyə Ərəbistanı neft hasilatını dayandırmayacaqlarını açıqlayıb. ANS PRESS-in məlumatına görə, bu barədə ölkənin neft və təbi sərvətlər naziri Əli əl Naimi açıqlama verib. Amerika Birləşmiş Ştatlarının (ABŞ) Hyuston şəhərində keçirilən "IHS CERAWeek 2016 Enerji Konferansı"nda çıxış edən Naimi ölkəsinin ötən həftə Venesuela, Qətər və Rusiya ilə birlikdə qəbul etdiyi neft hasilatının yanvar ayı səviyyəsində saxlanılması barədə qərarın birjalarda canlanma yaratdığını qeyd edib. "Hasilatın dayandırılması barədə müzakirələrlə vaxt itirməyə ehtiyac yoxdur və hasilat dayandırılmayacaq."Neft istehsalçısı olan ölkələr arasında etimadın az olduğunu xatırladan səud nazir hasilatın dayandırılması barədə müzakirələrlə vaxt itirməyə ehtiyac olmadığını və hasilatın dayandırılmayacağını deyib.Neftin qiymətinin 100 dollar olduğu vaxtlarda ABŞ-ın qaya neftinin hasilatında çoxalma olduğu deyən Əli əl Nami, səmərəsiz hasilatçıların bazarın xaricində qalmalı olduqlarını bildirib.