Yozef Blatterlə Mişel Platininin cəza müddəti 6 ilə endirildi

FİFA və UEFA-nın sabiq prezidentləri Yozef Blatterlə Mişel Platininin apellyasiyaları təmin olunmayıb.Bu barədə FİFA Apellyasiya Komitəsi qərar verib.Lakin hər iki şəxsin futboldan kənarlaşdırılma müddəti 8 ildən 6 ilə endirilib. İndi onlar İdman Arbitraj Məhkəməsinə müraciət edəcəklər.Qeyd edək ki, Yozef Blatterlə Mişel Platini korrupsiya ittihamı ilə tutduqları vəzifələrdən kənarlaşdırılıblar. Platininin FİFA-dan qeyri-qanuni olaraq, 2 milyon İsveçrə frankı aldığı bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00