PKK-dan iyrənc hərəkət: Atatürkün şəkli nişangaha çevrildi

Türkiyənin cənubi-şərqini qan gölünə çevirməyə çalışan PKK terror təşkilatı Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə nifrətini açıq şəkildə ortaya qoyub. Türkiyə mediası xəbər verir ki, Diyarbəkr vilayətinin Silvan mahalında PKK-çıların keçdiyi təlimlərdə nişan taxtasına Atatürkün fotoşəkli yapışdırılıb. Bu ideyanın müəllifi isə Suriyadan gələn YPG-nin (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin hərbi qanadı) qadın bölməsinin üzvü "Dəniz" kod adlı terrorçu olub. Təşkilat bununla da əsas hədəfin Türkiyə olduğunu bir daha göstərib. İŞİD-çilərdən ilham alan PKK terrorçuları Atatürkün fotosunun boğazına bıçaq söykəyərək şəkil çəkiblər.(bizimyol.info)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00