“Facebook” süni intellektin köməyi ilə Yer xəritəsi yaradır

ABŞ-ın "Facebook" şirkətinin tərtibatçıları xəritələrin yaradılması üçün süni intellekt texnologiyalarından istifadəyə başlayıblar. İKT.lent.az-ın "vistanews.ru" saytına istinadən məlumatına görə, mütəxəssislərin əsas məqsədi hansı yaşayış məntəqəsinin hələ də internetə çıxışı olmadığını müəyyən etməkdir. "Facebook" bunun üçün xüsusi xəritələr yaradacaq ki, bu xəritələrdə də internet istifadəçilərinin necə və harada yaşadığını, onların yerləşməsinin şəbəkəyə qoşulmanın keyfiyyətinə təsirini görmək mümkün olacaq. Bu xəritələrin tərtibatı ilə şirkətin xüsusi "Connectivity Labs" adlanan bölməsi məşğul olacaq. "Facebook" rəhbərliyi qeyd edir ki, mütəxəssislər qarşılarına qoyulan məsələnin öhdəsindən olduqca əla gəliblər və yeni layihənin fəaliyyətinə artıq bu il başlanacaq. Şirkət ümumdünya şəbəkəsinə qoşulma imkanları olmayan sakinlərin internet məsələsini həll etməyi qarşısına məqsəd qoyub. "Facebook"da əmindirlər ki, bu layihə ancaq gələcək internet istifadəçiləri üçün deyil, həmçinin şirkətinin özü üçün də müsbət nəticələr gətirməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00