Bələdiyyə sədrinin nəvəsi terrorçulara işləyirmiş
24 Fevral 2016 16:58 DünyaTürkiyə əleyhinə işlədiyi üçün siyasi fəaliyyəti qadağan edilən, kürd etnik qrupuna mənsub, Mardin əyaləti bələdiyyəsinin sədri Əhməd Türkün nəvəsi Heja Türk terrorçuluqda şübhəli bilinərək saxlanılıb. Report bildirir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, o, Sinəm Oğuz adlı terrorçu qadınla birlikdə Türkiyənin Diyabəkir şəhərində də Ankaradakı hücumla eyni vaxtda terror hadisəsi törətmək istəyirmişlər. Ancaq Türkiyə təhlükəsizlik qüvvələrinin əməkdaşları bu faciənin baş verməsinin qarşısını alıb.
Heja Türklə birlikdə daha 5 nəfərə qarşı "terror qruplaşmasına üzv olmaq, terrorçulara yardım və himayə etmək" maddəsi ilə ittiham irəli sürülüb. Şübhəlilərin hamısı həbs edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00