“Ağıllı” diş fırçası da yaradıldı

"Oral-B" şirkəti "Mobile World Congress 2016" (MWC 2016) sərgisində özünün yeniliyi olan "Genius" adlı diş fırçasını təqdim edib. İKT.lent.az-ın "ixbt.com" saytına istinadən məlumatına görə, yenilik hətta diş fırçası istifadəçisinin dişlərini fırçalayarkən ötürdüyü təzyiqi də nəzərə alır. Fırça smartfonun kamerasından istifadə edərək dişlərin təmizlənməsi prosesini izləmək imkanına malikdir. Daha doğrusu, bu prosesi izləmək üçün smartfonu güzgüyə yönəltmək lazımdır. Bütün məlumatlar real zamanda analiz olunur, istifadəçi bütün nəzərdən qaçmış yerləri görə və müxtəlif məsləhətlər ala bilir.

"Oral-B Genius" "ağıllı" diş fırçası smartfonun kamerasını istifadə edə bilir. Təbii ki, belə bir ssenari ilə bağlı bir sıra müxtəlif suallar yaranır. Məsələn, smartfon üçün bərkidici lazımdır və bu, vanna otağının müəyyən yerində düzgün yerləşdirilməlidir. Həmçinin, isti su açıq olduqda şüşənin və ya güzgünün tərləməsi də nəzərə alınmayıb.

"Oral-B Genius" "ağıllı" fırçasının smartfonunun əlavə akkumulyatoru onun iki həftəyə qədər işləməsinə imkan verir. Bu yeniliyi artıq bu ilin iyul ayında almaq mümkün olacaq. Ancaq onun qiyməti hələlik açıqlanmır.

Xatırladaq ki, hələ inişil "Oral-B" şirkəti bazara "Smart Series" adlanan "ağıllı" diş fırçası icad edib. Bu cihaz smartfonla əlaqə yaradır və istifadəçiyə dişlərin təmizlənməsi ilə bağlı müxtəlif məsləhətlər verir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00