Suriyada silahlar susur? - Müxalifət razılıq verdi

Səudiyyə Ərəbistanının dəstəklədiyi Suriya müxaliflərindən ibarət Ali Müzakirə Komitəsi atəşkəsə razılıq verib. Axar.az bildirir ki, bu barədə komitənin sözçüsü Riyad Ağa məlumat verib. Onun sözlərinə görə, bu barədə ABŞ-a məlumat verilib: "Rusiya və ABŞ arasında əldə edilən Suriya razılığından sonra atəşkəs şərtlərini müzakirə etdik. Suriyada uğurun əldə edilməsi üçün öz fikirlərimizi məktub şəkilində ABŞ-a göndərdik".

Xatırladaq ki, Ali Müzakirə Komitəsi dünən atəşkəslə bağlı açıqlama verib. Komitə 18 bölgədə ordu blokadasının aradan qaldırılacağı təqdirdə atəşkəsə razılıq veriləcəyini qeyd edib. Atəşkəsi qəbul edən Suriya hökuməti İŞİD və Nüsrə Cəbhəsinə qarşı əməliyyatların davam etdiriləcəyini açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00