İçində 21 nəfər olan təyyarə qəzaya düşdü
24 Fevral 2016 16:27 DünyaTəyyarə ilə əlaqə havaya qalxandan 10 dəqiqə sonra kəsilib. Nepal Hava Yollarına məxsus təyyarə qəzaya uğrayıb. ANS PRESS-in məlumatına görə, hadisə nəticəsində 18 sərnişin, 3 nəfər ekipaj üzvü olmaqla 21 nəfər həlak olub. Onlardan 16-nın Nepal, iki nəfərin isə Çin və Küveyt vətəndaşı olduğu bildirilir. "Tara Airlines" şirkətinə məxsus təyyarə Pokhara-Comsom reysi zamanı Nepal dağlarında qəzaya uğrayıb. Dispetçerlər pilot ilə əlaqəni təyyarə havaya qalxdıqdan 10 dəqiqə sonra itiriblər. Təyyarənin qatı duman səbəbindən qəzaya uğradığı bildirilir. Ötən ilin noyabrında qatı duman səbəbindən Qırğızıstanın cənubunda yerləşən Oş şəhərində "Boeing-737" təyyarəsi qəza enişi edib. Bu hadisə 6 nəfərin xəstəxanalıq olmasına səbəb olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00