Mahsun Kırmızıgül toyuna görə tənqid olunur
24 Fevral 2016 19:15 DünyaMüğənni Mahsun Kırmızıgülün ABŞ-da vəkil Ece Binayla toyunun müzakirəsi hələ də bitmir. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu gün Mahsunun nikah şahidliyini kimin etdiyi bəlli olub. Belə ki, "Hürriyet" qəzetinin yazarı Fikret Ercan ifaçının nikah şahidliyini edib. Eyni zamanda Mahsun toyunu Türkiyənin hər zaman müdafiə etdiyi şərq bölgəsində, Diyarbəkirdə deyil, Los-Ancelesdə etdiyi üçün sərt tənqid olunur. Hər zaman sadə görünməyə çalışan ifaçının bu hərəkəti bir çoxları tərəfindən bəyənilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00