Əfsanəvi müğənninin saçları 35 min dollara satıldı

Dünyaca məşhur ingilis qrupu "Beatles"in solisti Con Lennona aid 50 illik saç fevralın 20-də ABŞ-da təşkil olunan auksionda 35 min dollara satılıb. Musavat.com xəbər verir ki, 1966-cı ildə bir komediya filmi üçün imicini yeniləmək istəyən C.Lennon almaniyalı bərbər Klaus Baruka saçını kəsdirib. Bərbər məşhur sənətçinin saçını saxlamağa qərar verib. Rəsmilər C.Lennonun illərlə saxlanılan saçını ingilis kolleksiyaçı Paul Fraserin aldığını bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00