Türkiyənin qərbində silsilə intiharların səbəbi nədir?

Türkiyənin qərbindəki İmir vilayətinin Torbalı şəhərində son iki ayda baş verən intihar halları ölkə mətbuatının gündəminə çevrilib. Trend-in məlumatına əsasən, son iki ayda əhalisi 150 min nəfər olan Torbalı şəhərində 6 intihar hadisəsi və 45 intihara cəhd qeydə alınıb. İntihar edən və intihara cəhd göstərənlərin yaşı 17-66 arasındadır. Həyatına qəsd edənlər arasında qadınların da olduğu qeyd olunur. Xatırladaq ki, 2009-cu ildə Torbalı şəhərində dördü qadın olmaqla, ümumilikdə 15 nəfər odlu silahdan istifadə edərək intihar edib. 2011-ci ildə şəhərdə intihar hallarının qarşısının alınması üçün xüsusi psixoloji mərkəz də təsis edilib. Türkiyə Statistika İnstitutunun (TÜİK) məlumatına əsasən, 2016-cı ildə ölkədə ümumilikdə 3065 intihar hadisəsi qeydə alınıb. İntihar edənlərin 74,3 faizi kişilərdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00