Türk şirkəti 129 min dollarlıq cinayətlə bağlı Bakı polisinə müraciət etdi

Azərbaycan vətəndaşı Türkiyə şirkətinə qarşı dələduzluq etməkdə günahlandırılır.  Report bildirir ki, Türkiyədə fəaliyyət göstərən "Gedik Holding" şirkətinin rəhbərliyi Azərbaycan Daxili İşlər Nazirliyinə (DİN) müraciət edərək bildirib ki, Siyavuş adlı şəxs onların etibarından sui-istifadə edərək 129607 ABŞ dollar dəyərində elektrik və inşaat materiallarını alıb, pulunu verməyərək mənimsəyib.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00