Rusiya tankları Ermənistanda təlimə başladı
24 Fevral 2016 14:56 DünyaRusiya Cənub Hərbi Dairəsinin tankçıları fevralın 24-də Ermənistandakı "Alagöz" poliqonunda təlimə başlayıb. Report Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, təlim "Т-72B" tankları ilə keçirilir. Bu tədbirə yüzdən çox hərbçi cəlb edilib. Təlim dəniz səviyyəsindən iki min metr yüksəklikdə keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00