Rusiyalı nazir: "Bizi türklərin yanında pərt etməyin"

Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev sabah Türkiyənin "Fənərbağça" klubu ilə qarşılaşacaq "Lokomotiv" futbol klubunun fanatlarına müraciət edib. Milli.Az bildirir ki, bu barədə azvision.az Rusiya KİV-nə istinadən xəbər verir. "Ümüd edirik ki, siz rəqiblə mübarizədə idmançılara səmimi dəstəyinizi ifadə edəcək, ölkəmizi ləyaqətlə təmsil edə biləcəksiniz", - deyə nazir bildirib. Kolokoltsev xəbərdarlıq edib ki, tribunda və küçələrdə asayişi pozan azarkeşlər cəzalandırılacaqlar. "Baş verəcək xoşagəlməz hadisələr ölkəmizin beynəlxalq imicinə təsir edəcək", - deyə nazir fanatları Rusiyanı türklərin yanında pərt etməməyə çağırıb.

Qeyd edək ki, fevralın 16-sı UEFA Avropa Liqasında 1/16 final mərhələsinin oyunlarına start verilib. İlk oyun günündə "Fənərbağça" "Lokomotiv"i (Moskva) qəbul edib. Qalmaqallı görüş Türkiyə klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00