Putin və Əsəd arasında telefon danışığı olub
24 Fevral 2016 14:30 DünyaRusiya və Suriya prezidentləri arasında telefon danışığı olub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Vladimir Putin və Bəşər Əsəd Suriya münaqişəsinin nizamlanmasını, ABŞ və Rusiya arasında imzalanan Suriyada atəşkəsin tətbiq olunmasına dair bəyanatı müzakirə ediblər. Bəşər Əsəd məlum bəyanatın münaqişənin siyasi yolla həlli istiqamətində atılan vacib addım olduğunu deyib. O, Suriya hökumətinin atəşkəsin tətbiq olunmasına yardım etməyə hazır olduğunu bildirib.
Bununla yanaşı? Putin və Əsəd İŞİD, "Cəbhət ən-Nüsra" və digər terrorçu qruplaşmalara qarşı güzəştsiz mübarizənin davam etdirilməsinin vacibliyini də vurğulayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00