Səudiyyə Ərəbistanı atom bombası sınaqları keçirəcək
24 Fevral 2016 13:48 DünyaSəudiyyə Ərəbistanından olan politoloq Daham Al -Anzi "Russia Today" televiziya kanalına verdiyi müsahibədə ölkəsinin atom bombası sınaqları keçirəcəyi iddiası ilə çıxış edib. Bildirib ki, yaxın bir neçə həftə ərzində Səudiyyə Ərəbistanı Krallığı atom bombası sınaqları keçirəcək. Şərhçi Krallığın bu addımı atmaq məcburiyyətində olduğunu vurğulayıb. Daham Al Anzi böyük dövlətlərin bu olaydan xəbərdar olduğunu vurğulayaraq meydanda müttəfiqləri tərəfindən tərk edildiklərini deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00