Baş həkimi güllələmək istədilər

Diyarbəkir Səlahəddin Əyyubi Dövlət Xəstəxanasının baş həkimi Şenol Gedik silahlı hücuma məruz qalıb. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, baş həkimin avtomobili xəstəxanaya daxil olduğu zaman səhiyyə ocağında yeməkxana işlədən şəxs tərəfindən ona odlu silahla atəş açılıb. Atəş nəticəsində baş həkimin sürücüsü Ahmet Korkut və xəstəxana həyətində olan bir neçə nəfərin yaralandığı bildirilir. Baş həkim Şenol Gedik isə xəsarət almayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00