Telefonu əlindən qoymayanlara MÜJDƏ

Yaponlar telefonu əlindən qoymayan insanlar üçün maraqlı ixtira ediblər. Milli.Az Türkiyə mətbuatına istinadən bildirir ki, onlar bu ixtiralarını "ağıllı telefon tutan hava yastığı" adlandırıblar. Bu hava yastığından həm hamam otağında, həm də yataq otağında istifadə etmək olur. Yastığın uzunluğu istifadəçinin qolunun uzunluğuna görə dəyişə bilir.

Onların bu ixtirası bütün dünya tərəfindən maraqla qarşılanıb. Yaponlar hava yastığı üçün dünyanın müxtəlif ölkələrindən sifariş təkliflərinin gəldiyini bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00