Tramp növbəti "tramplini" keçdi

ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd olan milyarder Donald Tramp Nevada ştatında keçirilən ilkin seçkilərdə qalib gəlib. Bu barədə azvision.az `CNN` telekanalına istinadən xəbər verir. Tramp seçicilərin 42%-nin səsini toplayıb. Onun rəqibləri Ted Kruz və Marko Rubio isə müvafiq olaraq 22,8% və 21,8% səs yoplaya biliblər.

Qeyd edək ki, Nevada ştatında qalib gələn namizəd iyul ayında keçirilən partiya qurultayında 30 səs toplayacaq. Respublikaçılardan olan namizəd prezident seçkisində iştirak etmək üçün 1237 deputatın səsini yığmalıdır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00