ABŞ: Türkiyə olmasaydı bacara bilməzdik
24 Fevral 2016 10:07 DünyaABŞ prezidenti Barak Obamanın İŞİD terror qruplaşması ilə mübarizə üzrə xüsusi nümayəndəsi Brett MakQurk əldə olunan atəşkəsə riayət olunacağı təqdirdə Hələbdə zorakılıq hallarının azalacağını bildirib. ANS PRESS-in məlumatına görə, Ağ evdə keçirilən gündəlik brifinqdə MakQurk İŞİD-ə qarşı aparılan mübarizədən danışıb.
Hava əməliyyatlarının başladığı vaxtdan indiyə qədər qruplaşmanın həm Suriyada, həm də İraqda hərəkət qabiliyyətini itirdiyini deyən Brett MakQurk son günlərdə terror təşkilatının tərkibindəki silahlı sayında da azalma olduğunu bildirib.
MakQurk bildirib ki, 120 ölkədən İŞİD-ə qoşulan və sayları 35 minmdən çox olan əcnəbi döyüşçü sayı 25 minə qədər azalıb.
MakQurk, Suriya ilə sərhəddi bağlayaraq Türkiyənin çox doğru addım atdığını deyib.
Təzyiq altında olan İŞİD silahlılarının aldıqları maaşda da yarıya qədər azalma olduğunu deyən ABŞ nümayəndəsi Türkiyə ilə sərhəddə 98 km məsafədə nəzarətin gücləndirilməsinin qruplaşmaya yeni döyüşçülər qoşulmasının qarşısını aldığını qeyd edib. MakQurk, sərhəddi bağlayaraq Türkiyənin çox doğru addım atdığını deyib.
İŞİD-ə qarşı mübarizədə Türkiyənin beynəlxalq koalisiyanın ən əhəmiyətli tərəfdaşı olduğunu deyən Ağ nümayəndəsi, "Türkiyə olmasaydı bacara bilməzdik" - deyə etiraf edib.
Hələb şəhərində mülki əhalinin bombardıman edilməsi barədə suala cavab verən MakQurk hazırda Suriyada atəşkəsə nail olmaq üçün intensiv səy göstərdiklərini deyib.