İngiltərədə güclü partlayış: ölən var VIDEO
24 Fevral 2016 09:04 DünyaBöyük Britaniyada işləməyən istilik elektrik stansiyasında partlayış baş verib. Partlayış zamanı ən azı bir nəfər ölüb.
Virtualaz.org Reuters-ə istinadən bildirir ki, hadisə fevralın 23-də Londondan 40 kilometr aralıda, Oksfordşir qraflığının Didkot şəhərində baş verib.
Məlum olmayan səbəblərdən korpusun bir hissəsi çöküb. Hadisə yerinə cəlb edilən fövqəladə xidmətləri baş verənlərin səbəblərini müəyyənləşdirirlər.
Qeyd edək ki, kömür üzərində işləyən stansiya 2013-cü ildən fəaliyyətini dayandırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00