Ərinin xəyanət edəcəyinə inanmadı: "Ona güvənirəm"
23 Fevral 2016 18:20 DünyaAktrisa Tuba Ünsal ilə evli olan jurnalist Mirgün Cabas məkanlardan birində naməlum sarışın qızla görünüb. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, fotolarının çəkildiyini görən jurnalist özünü itirib. Dərhal qızı taksiyə mindirərək göndərən Mirgün özü də oradan ayrılıb. Az sonra həmin qız məkana dönərək fotoqraflardan fotoların silinməsini xahiş edib. Hadisəni öyrənən aktrisa T.Ünsal həyat yoldaşına tam güvəndiyini deyib: "Ərim selfi çəkərkən görüntülənib, mənim xəbərim vardı". Ancaq ikilinin əlində telefonun olmaması və çəkilən "selfi"lərin heç bir yerdə paylaşılmaması diqqətləri çəkib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00