Bəşər Əsəd Rusiya və ABŞ-ın hazırladığı atəşkəs planına razılıq verib
23 Fevral 2016 16:07 DünyaSuriya Rusiya və ABŞ-ın hazırladığı atəşkəs rejimi planına razılıq verib. APA-nın SANA agentliyinə istinadən verdiyi məlumata görə, Suriya Xarici İşlər Nazirliyindən bildiriblər ki, Dəməşq terrorçuluq, İŞİD, "Ən-Nüsra" və digər terror qruplaşmalarına qarşı mübarizənin davam etdiriləcəyi halda ölkədə hərbi əməliyyatları dayandırmağa hazırdır. Eyni zamanda qeyd olunur ki, Suriya anlaşmanın pozulacağı adekvat addım atmaq hüququnu özündə saxlayır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00