Həbsxanaları boşaltmaq üçün 8 min məhbus azadlığa buraxıldı

Nikaraqua hökumətinin bəyanatında həddən artıq dolan həbsxanaları boşaltmaq məqsədi ilə 8 minə yaxın dustağın azadlığa buraxıldığı bildirilir.

"RİA Novosti" informasiya agentliyi xəbər verir ki, ümumilikdə həbsxanalardan 5 ilədək həbs cəzası olan 8149 məhbus azadlığa buraxılıb, həmçinin 94 xarici ölkə vətəndaşı cəzasını vətənlərində çəkmək üçün öz ölkələrinə göndərilib.

Məhbusların hamısı 2014-cü ildən başlayaraq azad edilib. Lakin hökumətin məlumatında ölkədə məhbusların hazırkı sayı barədə informasiya verilmir. Nikaraquanın insan haqları üzrə qeyri-hökumət mərkəzinin hesabatına görə, keçən il ölkənin penitensiar müəssisələrində 10,5 min məhbus qeydə alınıb ki, bu da həbsxanaların ümumi tutumundan iki dəfə çoxdur. (AzərTAc)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00