Suriya müxalifəti parlament seçkisi keçirilməsinin əleyhinə çıxdı

Suriya müxalifəti Bəşər Əsədin ölkədə parlament seçkilərinin keçirilməsi barədə qərarına qarşı çıxır. AzərTAc xəbər verir ki, müxalifətin xarici danışıqlar üzrə ali komitəsinin nümayəndəsi Həsən Ağa "Əl-Ərəbiyə" telekanalına müsahibəsində ölkə müharibə şəraitində olarkən seçkilərin keçirilməsinin mümkün olmayacağını bildirib. Xatırladaq ki, fevralın 22-də Bəşər Əsəd Suriyada parlament seçkilərinin 2016-cı il aprelin 13-də keçirilməsi qərarını verib. Seçkilər 2012-ci il konstitusiyasına uyğun olaraq çoxpartiyalı əsasda keçirilməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00