“MasterCard” onlayn ödənişlərin verifikasiyası üçün selfi şəkillərin köməyindən istifadə edəcək
23 Fevral 2016 19:58 Dünya"MasterCard" onlayn ödənişlərin verifikasiyası üçün selfi şəkil və barmaq izinin köməyindən istifadəyə başlayır. "ICTnews" Elektron Xəbər Xidməti "interfax.ru" saytına istinadən yazır ki, selfi şəkil və barmaq izlərinin köməyi ilə verifikasiya məqsədilə proqram qurmaq lazımdır. Kompüter, planşet və smartfon üçün müvafiq proqram təminatı çıxarılacaq. Öncədən çəkilmiş şəkildən selfi kimi istifadə etmək olmaz. Belə ki, ödənişin verifikasiyası üçün cari anda kameraya baxaraq gözü qırpmaq lazımdır. Artıq cari ilin yayında bu seçim ABŞ, Böyük Britaniya, Kanada, Niderland, Belçika, İspaniya, İtaliya, Fransa, Almaniya, İsveçrə, Norveç, İsveç, Finlandiya və Danimarka vətəndaşları üçün əlçatan olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00