Apple möhtəşəm ofis binası tikir
23 Fevral 2016 19:30 DünyaABŞ-ın Apple korporasiyasının yeni ofisinin inşası başa çatmaqdadır. Milli.Az ABC-yə istinadən bildirir ki, ABŞ-ın Kaliforniya şəhərində, Kupertino şəhərində yerləşən ofis binasının inşası 5 milyard dollara başa gələcək. Hazırda ofisinin yeni kampusunda şüşə divarların quraşdırılmasına başlanıb. Bunun üçün 3 min əyilmiş şüşə lövhədən istifadə olunacaq. 2014-cü ilin oktyabr ayında başlanmış tikinti bu ilin sonunda başa çatacaq. Binanın radial uzunluğu 6 kilometrdən artıqdır. Tikinti başa çatandan sonra ofis binasının dairəvi həyətində 7 mindən artıq ağac və kol əkiləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00