Beyni "yuyulanlar": 11 yaşlı uşaq atası ilə vidalaşıb özünü partlatdı VIDEO

İŞİD terror təşkilatı daha bir qalmaqallı video yayımlayıb. Baku.ws bildirir ki, internetdə paylaşılan videoda 11 yaşındakı bir uşaq atasının əlini öpdükdən sonra bomba quraşdırılmış avtomobillə "cihad" edib. Videoda Abu İmara al-Omri adlı 11 yaşındakı uşağın hərəkətləri əks olunub. Azyaşlı uşağa bir İŞİD-çi tərəfindən təlim keçirilir və bombanın necə partladılması öyrədilir. Daha sonra avtomobilə minən uşaq atası ilə vidalaşaraq ölümə yollanır. Videonun son hissəsində avtomobilin necə partladığı da əks olunub. Terrorçuların "cənnət səni gözləyir" yalanlarına inanan azyaşlı insanların sıx olduğu bir ərazidə bombanı işə salır. Həmin partlayış anı isə anbaan kameraya çəkilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00