Suriyada atəşkəsin başlama tarixi dəqiqləşdi
23 Fevral 2016 13:45 DünyaSuriyada atəşkəs haqqında saziş fevralın 27-də qüvvəyə minəcək. Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Qətərin "Əl-Cəzirə" telekanalı verib. Telekanal isə öz növbəsində Rusiya ilə ABŞ arasında razılaşdırılmış sənədi əsas gətirir. "Rusiya-Amerika sazişində qeyd olunur ki, Suriyada atəşkəs rejimi fevralın 27-si gecə yarısı qüvvəyə minir", - agentlik belə xəbər verir.
Qeyd olunur ki, hərbi fəaliyyət tamamilə dayandırılmayacaq. Atəşkəs haqqında saziş İŞİD və "Əl-Qaidə"nin Suriya filialı olan "Cebhat-ən-Nüsra" terror təşkilatlarına şamil olunmur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00