İranda Qarabağ ofisi açılacaq VIDEO

İzmirdə terrora və əsassız iddialara qarşı beynəlxalq tədbir keçirilib

"Beynəlxalq Əsassız erməni İddiaları ilə Mübarizə Dərnəyi" (ASİMDER) ilk dəfə Azərbaycanda keçirilən və bir çox ölkədə keçirilməsi planlaşdırılan növbəti seminarını Türkiyənin İzmir şəhərində keçirib. ANS PRESS-in məlumatına görə, tədbirdə iştirak edən ölkələrin nümayəndələrinə qondarma erməni soyqırımı, işğal edilən torpaqlar barədə məlumat verilib. Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Bolqarıstan, Tatarıstan, Əfqanıstan və Gürcüstandan 80 təşkilat iştirak edib. Seminarda İrandan nümayəndə heyətinin iştirak etməsi isə tədbir iştirakçılarının marağına səbəb olub. ASMİDER sədri Göksel Gülbey bunun böyük bir uğur və sevindirici hal olduğunu deyib."İranla Ermənistanın münasibətləri normaldır. Hazırda Azərbaycanla Türkiyənin sərhəd qapıları Erməistanın üzünə bağlıdır. Gürcüstan da Rusiya ilə aralarında yaranan soyuqluq səbəbindən sərhəd qapılarını bağlamaqdadır və burdan keçmək əvvəlki kimi asan deyil. Təkcə İran qapısı qalıb. İran Rusiya ilə ittifaq, Ermənistanın da Rusiya ilə ittifaq olması səbəbindən İran - Ermənistan münasibətləri yolundadır. İran tarixdə ilk dəfə qondarma soyqırımı mövzusunda tədbirə nümayəndə göndərir. Bu bizim üçün böyük uğur və sevincdir. Çünki İranla münasibətlərimizin düzəlməsi, xüsusilə qondarma erməni soyqırımı mövzusunda İranı yanımızda görmək bizi sevindirir."  

Terrora və əsassız iddialara qarşı beynəlxalq seminar

Terrora və əsassız iddialara qarşı beynəlxalq seminar

İran heyətinin növbəti seminarı Təbrizdə keçirilməsini təklif etdiyini deyən Gülbey, seminarın qondarma erməni soyqırımının anım ayında keçiriləcəyini, bunun isə tədbirə ayrı bir məna verəcəyini qeyd edib.  

"Bu istiqamətdə bizə dəstək verəcəklərini, hətta İranda Qarabağla əlaqəli fəaliyyət göstərmək üçün ofis açacaqları barədə müjdə verdilər."

ASİMDER sədri deyib ki, tədbirdə iştirak edən heyət Qarabağın Azərbaycan torpağı olduğunu, Ermənistanın işğal etdikləri Qarabağ torpaqlarından çıxmalı olduqlarını bildirib. "Bu istiqamətdə bizə dəstək verəcəklərini, hətta İranda Qarabağla əlaqəli fəaliyyət göstərmək üçün ofis açacaqları barədə müjdə verdilər."   

Göksel Gülbey bildirib ki, İran heyətinin bu tədbirdə iştirak etməsi erməni lobbisini hiddətləndirəcək. "Ermənistan İranla olan münasibətlərinə görə bu ölkə ilə həmin istiqamətdə danışıqlar aparacaq. Xüsusilə ASİMDER adının çəkildiyi tədbirdə İran heyətinin iştirak etməsi hökmən kimisə əsəbləşdirəcək. İran heyətinin olması Ermənistanı, erməni lobbisini və lobbi ilə birgə fəaliyyət göstərən təşkilatların etirazına səbəb olacaq və düşündürəcək".   

Seminar iştirakçıları tədbirdən öncə Atatürkün abidəsi özünə əklil qoyub

Seminar iştirakçıları tədbirdən öncə Atatürkün abidəsi özünə əklil qoyub

Məqsədlərinin ASİMDER olaraq terrora və əsassız iddialara qarşı mübarizə aparmaq olduğunu deyən Gülbey dünyanın hər yerində türkün zülmə məruz qaldığını qeyd edib.

"Bütün ölkələrdə işğal var. Terror Türkiyə kimi dünyanın da hər tərəfində insanların başına bəla olub. Bununla yanaşı əsassız iddialar Türk dünyasını maraqlandıran məsələdir və bu istiqamətdə apardığımız fəaliyyətdə, 1915-ci il qondarma erməni soyqırımı iddialarından danışırıq. Bu tədbirin bizə xeyri gələcəkdə Türk dünyasına qarşı aparılacaq qaralama kampaniyalarına qarşı birlikdə yek səs ola bilməkdir. Suriyada, İraqda türkmənlərə qarşı qətliam oldu, Şərqi Türküstan qanayan yaramızdır, Əfqanıstanda olan özbək qardaşlarımızın vəziyyəti məlumdur, yəni harda bir türk varsa orda zülm var."   

Dərnək sədri gələcəkdə bu tədbirlərdə Moldova, Küveyt, Ukrayna və s. bu kimi ölkələrdən də nümayəndə heyətinin iştirak edəcəyini deyib.

"Erməni lobbisinin əlinin hər yerə çatması bizim ürəyimizi ağrıdır. Biz yerli və beynəlxalq mətbuatda haqlı olduğumuz mübarizəni, babalarımız qətliama məruz qaldıqları halda ifadə edə bilmirik. Biz aparılan təbliğöatlara qarşı mübarizə parırıq. Bunu bacardığımızı da görürük. Çünki erməni lobbisinin reaksiyaları bizim doğru yolda olduğumuzu göstərir."  

Göksel Gülbey bu məlumatları baş nazir Əhməd Davudoğlu və müxalifət liderləri ilə də paylaşacağını deyib.  

Yaxın günlərdə ASİMDER sədri Göksel Gülbey PKK liderlərinin Dağlıq Qarabağa yerləşdirildiklərini bildirmişdi. 

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00